“XXXII Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının az medal qazanmasının səbəbləri araşdırılır”.

Bunu Unikal.org-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib. O bildirib ki, hər bir idman növünün özəlliyi və gözləntiləri var: “Biz bu barədə qlobal da danışa bilərik. Amma Oyunlardan əvvəl idmançılarımızdan, federasiyalardan hansı gözləntilərimizin olması da diqqətdə saxlanılmalıdır. Bu problemləri araşdıracağıq. Hazırda bir söz demək çətindir".

Qayıbov Rio-2016 ilə müqayisədə Tokio-2020-də medal sayının az olma səbəbinin nədən qaynaqlandığına baxmağın gərəkliyini vurğulayıb: "Qəflətən nə isə demək çətindir. Aydın olan səbəblər var idi, göz qabağında idi. Müəyyən işlər də var ki, üzərində çalışmaq lazımdır. Bu gün heç kimi tənqid etmək istəmirəm. Biz bundan sonra gələcəyə baxmalıyıq”.

Qeyd edək ki, Azərbaycan idmançıları Tokio-2020-də 7, Rio-2016-da 18 medal qazanıb.

Seymur Əli