Yaponiyada texnologiya şirkəti tərəfindən hazırlanmış uçan motosiklet satışa çıxarılıb.

Unikal.org xəbər  verir  ki, motosikletin ilkin qiyməti 680 min dollar olduğu  açıqlanıb.  

Belə ki, uçan motosikletin dörd mühərriki var. Batareyanın bir dəfə doldurulması ilə o, 100 kilometr sürətlənərək 40 dəqiqə uça bilir.

Yapon texnologiyası və elektrik nəhəngləri tərəfindən dəstəklənən şirkət 2022-ci ilin ortalarına qədər 200 uçan motosiklet istehsal etməyi hədəfləyir.

Bildirək ki,  Yaponiyada mövcud qanunlar uçan motosikletlərin hərəkətli yollarda istifadəsinə icazə vermir. Bu səbəbdən bir müddət yarış yollarında uçan motosikletlərdən istifadə edilməsi planlaşdırılır.