Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda tavan uçub.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə qadınların yerləşdirildiyi palatada baş verib. Belə ki, tavan uçaraq qadın xəstələrin üzərinə tökülüb. 

Həmin xəstələr digər palataya köçürülüblər. Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Unikal.org-a bildirilib ki, İnstitutda tavanın uçması və xəsarət alanların olması barədə yayılan məlumat doğru deyil. Sadəcə yağışla əlaqədar palatanın tavanında kiçik su sızıntısı olub. Buna görə də xəstələr digər palataya köçürülüb.

Seymur Əli