Xosep Qvardiola Xavinin "Barselona"ya baş məşqçi olaraq keçmək ehtimalından danışıb.

Unikal.org xəbər verir ki, kataloniyalı mütəxəssis sabiq futbolçusunun bu vəzifəni icra etmək üçün tam hazır olduğunu vurğulayıb:

''Kuman da, mən də məşqçilik karyeramızın daha çox nəticələrdən asılı olduğunu bilirik. Nəticə qənaətbəxş olmasa, istəyirsən Xosep və ya Ronald ol, heç bir fərqi yoxdur, qovulacaqsan. Hollandiyalıya sonrakı karyerasında uğurlar arzulayıram. Növbəti məşqçinin kim olacağını bilmirəm. Amma Xavinin bu iş üçün tam hazır olduğuna qətiyyən şübhəm yoxdu. Bu oyunu gözəl bilir və artıq məşqçi kimi də təcrübəsi var. Mən ''Barselona''nı çalışdırmağa başladığım dönəmdə indi Xavidə olduğu qədər təcrübəm yox idi''.