Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin beşinci turunun oyunları keçirilib.

Unikal.org xəbər verir ki, bu turda təmsilçilərimizdən yalnız Aydın Süleymanlı qələbə qazanıb. O, İslandiya şahmatçısı Hjorvar Gretarssonu məğlub edib.

Digər şahmatçılarımız Nicat Abasov ABŞ təmsilçisi Cefri Şonq, Vasif Durarbəyli Baadur Jobava (Gürcüstan), Rauf Məmmədov Rameşbabu Praqnanandhaya (Hindistan) məğlub olublar.

İsveçrə sistemi üzrə keçirilən və on bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.