Xaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elnur Rzayev əmr imzalayıb.

Əmrə əsasən, Arzumanov Cavid Seyfətdin oğlu Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu təyinatadək həmin vəzifəni Elşən Ağayev daşıyırdı. O, bir müddət öncə Sabirabadda baş verən ağır yol qəzasında həlak olub.

Murad İbrahimli