“Tottenhem”də gözlənilməz ayrılıq baş verib.

Unikal.org xəbər verir ki, London klubu baş məşqçisi Nuno Eşpirito Santo ilə vidalaşıb.

“Tottenhem” portuqaliyalı mütəxəssisin müqavilənin ləğv edildiyini açıqlayıb.

O, komandanın sükanı arxasına bu ilin yayında gətirilmişdi.

Qeyd edək ki, “Tottenhem” 10 turdan sonra Premyer Liqada 15 xalla 8-ci pillədə qərarlaşır.