Ədən Körfəzində İran neft tankerini qoruyan qrupla quldurlar arasında silahlı qarşıdurma baş verib.

Unikal.org xəbər verir  ki, İran Ordusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb. 

"Ədən Körfəzində silanlanmış bir qrup şəxsin yer aldığı şübhəli gəmi İran neft tankerinə yaxınlaşdıqdan sonra tankerin müdafiə qüvvələri ilə silahlı quldurlar arasında gərgin anlar yaşanıb", -deyə  məlumatda qeyd  olunub.