“ASAN Könüllüləri” Təşkilatı və 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Nurlan Həsənovun birgə təşkilatçılığı ilə “ASAN məktub” sosial proqramı çərçivəsində Şəmkir rayonunun ən ucqar kəndlərindən olan Ələsgərli və Dağ Daşbulaqda 57 aztəminatlı uşağın əlçatan arzuları gerçək oldu.
Unikal.org
xəbər verir ki, proqram çərçivəsində həyata keçirilən bu təşəbbüs ilə www.asanmektub.az saytına məktub göndərən uşaqlara arzuları tez bir zamanda hədiyyə olaraq çatdırıldı.
Qeyd edək ki, vətəndaşlarla yanaşı, bir sıra sahibkarlar da bu layihənin həyata keçirilməsinə öz töhfələrini veriblər.
Siz də www.asanmektub.az saytında uşaqlarımızın xəyallarındakı gizli qəhrəman olmağa tələsin!