Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Rusiya Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Unikal.org xəbər verir ki, sənədi ADBTİA-nın rektoru Fuad Hacıyev, RBTİGTU-nun rektoru Tamara Mixaylova imzalayıblar.
 
Onlayn formatda imzalanan Memoranduma əsasən, bundan sonra iki ali təhsil müəssisəsi təcrübə mübadiləsi, birgə layihələrin icrası və mütəxəssislərin, eləcə də tələbələrin ixtisas artırılması və müasir standartlara uyğun hazırlığında qarşılıqlı əməkdaşlıq edəcəklər.
 
Simpozium və seminarların, eləcə də müxtəlif təcrübə proqramlarının birgə təşkilinin kadr hazrılığında mühüm rol oynayacağını əminliklə söyləmək olar. İlkin olaraq, qarşıdakı 5 il müddətinə əməkdaşlığı nəzərdə tutan memorandum effektiv olacağı halda uzaldılacaq.