Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandesin İspaniya "Barselona"sının sükanı arxasına keçəcəyi vaxt dəqiqləşib.

Unikal.org  "Sky Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssisin təyinatını noyabrın 8-də açıqlayacaq.

İddiaya görə, onunla 2024-cü ilin yayınadək müqavilə imzalanacaq.

Qeyd edək ki, daha əvvəl mətbuatda "Əl Sədd" rəhbərliyinin Xavi Ernandesi buraxmaq üçün "Barselona"dan 1 milyon avro təzminat tələb etdiyi yazılıb.