ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində baş verən atışmada 3 qadın həlak olub, daha 2 qadın isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Unikal.org xəbər verir ki, bu barədə yerli polis bildirib.

"Üç qadın hadisə yerində həlak olub, daha ikisi yaralı olaraq xəstəxanaya aparılıb", - Norfolk polisinin tvitterdəki məlumatında qeyd olunur.

Yerli polis hadisəni məişət münaqişəsi kimi qiymətləndirib.