Zaqatalada mənzildə yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpənəkçi kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.