Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, ölkədə 109 yeni COVID-19 infeksiyasına yoluxma halı aşkarlanıb. Onlardan 93 nəfərinə  delta ştammı diaqnozu qoyulub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir  ki,  virusa yoluxma halı Şimal Heilongjiang vilayətində  qeydə  alınıb. 

Bildirək ki, Çində pandemiya başlayandan bəri ümumilikdə 97 423 nəfər koronavirusa yoluxub,  4 636 nəfər isə ölüb.