İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin iki idarə rəisi vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Xidmət rəisi M.Eynullayevin müvafiq əmrləri ilə, Bakı Layihə-Tədqiqat İdarəsinin rəisi Emin Mehbullayev və Cəlilabad Layihə-Tədqiqat idarəsinin rəisi Əfsər Abdullayev işdən çıxarılıblar.

Hələlik onların yerinə təyinat yoxdur.

Hüseyn İsgəndərov