“Qısa bir dövr ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nadir və aparıcı təsisatlardan birinə çevrilə bildi. Qlobal Bakı Forumu gündəlikdə olan təxirəsalınmaz məsələlərin müzakirəsinə imkan yaradacaq”.

Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.