Türkiyənin Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Azərbaycana səfərə gəlib.

Bu barədə Unikal.org-a  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Zəfər Günü münasibətilə Azərbaycan Ordusunda keçiriləcək silsilə tədbirlərdə ölkəmizdə səfərdə olan tarixi hərbi musiqi birliyinin ifasında musiqi nömrələri təqdim olunacaq.