Xəbər verdiyimiz kimi,  Bakıda Alina adlı yeniyetmə qız itkin düşüb.

Məsələ ilə bağlı Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 14 yaşlı A.C-aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə yeri müəyyən olunub.

"Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı A.C-aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə yeri müəyyən olunub.  Hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcəkdir". 

 

***20:02

Bakıda Alina adlı yeniyetmə qız itkin düşüb.

Unikal.org xəbər verir ki, bu barədə Alinanın anası məlumat yayıb.

Bildirir ki, qızı bu gün saat 12:30 radələrində taksi ilə evə yollanıb. Günəşlidəki “Bravo” marketin yanında, evinin yaxınlığında taksidən düşüb, amma evə gəlməyib.

Görənlər və məlumatı olanlardan Daxili işlər Nazirliyinə yaxud anasına məlumat verməsi xahiş olunur.

Alinanın əynində açıq yaşıl rəngdə gödəkçə, boz şalvar, qəhvəyi çəkmələr olub.