“Azərbaycanda 600 minə yaxın şəkərli diabetə tutulmuş insan var”.

Unikal.org-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “14 noyabr – Ümumdünya Diabet Günü”nə həsr edilmiş "Şəkərli diabet xəstəliyinə müasir yanaşma: problemlər və gələcək hədəflər" mövzusunda vebinarda deyib.

R. Mahmudov bildirib ki, 2035-ci ilə qədər dünyada şəkərli diabet xəstələrinin sayı daha da artacaq və bu, müalicə xərclərini də artıracaq: “Ona görə də uşaqlıq dövründən başlayaraq uşaqları bu xəstəliklə mübarizəyə hazırlamalıyıq”.