Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında iştirak etmək üçün İstanbulda səfərdə olan liderlər gəmi vasitəsilə toplantının keçiriləcəyi məkana yollanıb.

Unikal.org  xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Tədbirin keçirildiyi ünvana yollanarkən gəmidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında səmimi söhbət diqqətdən yayınmayıb.