İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Qasımov tutduğu vəzifədən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, hələlik E.Qasımovun yerinə təyinat yoxdur.

Xəbəri TƏBİB-in mətbuat xidmətindən Unikal.org-a təsdiqləyiblər.

Hüseyn İsgəndərov