“Nargis” Fondunun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası yenidən baş tutacaq.

Unikal.org xəbər verir  ki,  hazırda  ərazidə  yarmarkaya hazırlıq işləri  gedir. 

Xatırladaq ki, “Soyuq əllər, isti ürək” sonuncu dəfə 2019-cu ilin sonu - 2020-ci ilin əvvələrində keçirilmişdi. Xeyriyyə yarmarkasının 2020-ci ilin sonunda keçirilməsi koronavirus pandemiyası səbəbindən mümkün olmamışdı. 

Fotolar: Turqut Sultan