Daxili işlər orqanlarında yeni təyinat olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis baş leytenantı Qafar Şərifov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin rəis müavini təyin edilib.

Murad İbrahimli