Zəngin iş adamlarının gələcəklə bağlı dedikləri dünya ictimaiyyətini daim maraq içində saxlayır. 

Unikal.org xəbər verir ki, "Amazon"un qurucusu Ceff Bezos qatıldığı proqramların birində daha bir maraqlı açıqlama verib. O, yaxın gələcəkdə kosmosda həyatın başlayacağını və insanların Yerə yalnız istirahət üçün gedəcəyini bildirib.

Bezos həmçinin də, insanların kosmosda doğulacağını da  iddia edib.

“Əsrlər boyu bir çox insan kosmosda doğulacaq, bu, onların ilk evi olacaq. Onlar koloniyalarda yaşayacaqlar, sonra isə siz Milli Parkları ziyarət etdiyiniz kimi onlar da Yer kürəsini ziyarət edəcəklər".

 Gülayə  Mecid