Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhədin Laçın-Kəlbəcər istiqamətində (Kilsəli dağları) gedən döyüşlər zamanı erməni ordusunun verdiyi itkilər barədə rəsmi məlumat yayıb.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, məlumatda noyabrın 17-i səhər saatlarına qədər bir hərbçinin öldüyü dəqiqləşib, daha 13 hərbçi əsir düşüb. 24 erməni hərbçisinin isə taleyi məlum deyil. Habelə döyüşlər nəticəsində ermənilərin 2 postu Azərbaycan ordusunun nəzarətinə keçib.

Bildirilir ki, hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə “situasiyanın nizamlanması və əsir əsgərlərin qaytarılması” barədə danışıqlar gedir.