ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Anne Linden Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasını alqışlayıb.

"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə olunmasını alqışlayır və gərginliyi azaltmağa çağırırıq. İnsan itkilərinə görə təəssüfümüzü bildiririk", - deyə o qeyd edib.