Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Azərbaycanı UNESCO-nun İcraiyyə Şurasına üzv seçilməsi münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, nazir müavini bu barədə Tvitterdə paylaşım edib.

“2021-2025-ci illərdə ölkəmizlə birlikdə UNESCO-nun İcraiyyə Şurasına üzv seçilən Can Azərbaycanı ürəkdən təbrik edirik. Türkiyə və Azərbaycan qardaşlığı, UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində qlobal işinə töhfə vermək üçün gözəl fürsət olacaq”, - Yavuz Səlim Kıran qeyd edib.