Meksikada gizli məzarda aparılan axtarışlar nəticəsində 65 cəsəd tapılıb.

"Unikal" xəbər verir  ki,  hadisə Verakruz vilayətinin Alvarado şəhərində qeydə alınıb. 

Səlahiyyətlilər, prokurorluq və polisin müşayiəti ilə çıxarılan meyitlərin sayının 65 nəfərə  çatdığı bildirilib. 

"Ərazidə axtarışlar davam etdiriləcək və meyitlərin ölüm səbəblərinin müəyyən edilməsi istiqamətində işlərə başlanılacaq", - Meksika  polisi  açıqlamasında ifadə edib.