Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə dövlət büdcəsindən vəsait ayrılacaq.

“Unikal” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərara dəyişikliyi imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”na müvafiq dəyişiklik edilib.