Ermənistan və Azərbaycan MDB çərçivəsində ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb.

"Unikal"  "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, sərhədin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması ayrı-ayrı məsələlərdir və müxtəlif müzakirə üsulları tələb edir.

Ərazi bütövlüyü məsələsinə toxunan Paşinyan qeyd edib ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində iştirak ediblər və bəyannamə və dövlətlərarası saziş imzalayaraq ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar.