İsrail Suriyanın mərkəzi bölgəsinə aviazərbələr endirib. 

"Unikal" xəbər verir ki, hava hücumu nəticəsində 2 dinc sakin ölüb, 7 əsgər yaralanıb.

Suriyanın hava hücumundan müdafiə qüvvələri Xüms şəhəri üzərində hücumun qarşısını almağa çalışır. 

"İsrailin hava hücumu mərkəzi bölgənin bəzi hissələrini hədəfə alıb və hava hücumundan müdafiə qüvvələri buna cavab verir", - deyə ölkə mətbuatı xəbər verib. 

Bildirilib ki, sözügedən döyüş təyyarələri Livanın hava məkanı üzərində uçarkən raketlər tərəfindən vurulub.

Ağarza Elçinoğlu