Kolumbiyanın Narino bölgəsinin Samanyeqo şəhərində milli kəşfiyyat və təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən narkotik əməliyyatında 10 ton narkotik maddə ələ keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə  ölkə rəhbəri İvan Duke keçirilən əməliyyat zamanı 10 ton narkotikin ələ keçirildiyini açıqlayıb.

Prezident Duke, "Narko-terror" təşkilatı adlandırdığı ELN-ə aid narkotikin bu il ələ keçirilən ən yüksək məbləğ olduğunu bildirib.