Türkiyənin Yalova bölgəsində ata 13 günlük qızını zəhərləyərək öldürməyə çalışıb. 

"Unikal" xəbər verir ki, körpəni qarışqa dərmanı ilə zəhərlədiyi ortaya çıxan ata 2 uşaqdan sonra üçüncünü istəmədiyi üçün bu addımı atıb. 

Sözügedən şəxsi uşaq dünyaya gələn gün əsəbiləşib yazdığı  "WhatsApp"dakı paylaşımları ələ verib. Belə ki, o, statuslarında "Rahatlaşmağa çalışanda uşaq bağ kimi ayağıma dolandı", "Başımıza bəla gəldi" kimi ifadələr işlədib. Kişinin həyat yoldaşı bildirib ki, əri uşağı doğulduğu gündən istəmədiyini deyib. 

Polis bölməsində dindirilən cinayətkar bunu sərxoş olduğu üçün bunu etdiyini deyib. Digər 2 uşağı ilə əri tərəfindən daim zorakılığa məruz qaldığını deyən qadın isə polisdən ərinə ən ağır cəzanın verilməsini tələb edib. 

Qeyd edək ki, hazırda körpənin vəziyyəti yaxşıdır.

Ağarza Elçinoğlu