Almaniyanın "Bavariya" klubunun futbolçusu Erik Şupo-Motinq koronavirusa yoluxub.

"Unikal"  Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu karantinə alınıb.

Kamerunlu forvardın durumunun yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Erik Şupo-Motinq 2020-ci ildən "Bavariya"da çıxış edir.