Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dövlət İnvestisiya Fondu Türkiyəyə investisiyalar üçün 10 milyard dollar ayırıb.

"Unikal" xəbər verir ki, xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fondun idarə heyətinin rəhbəri Mohammed Hasan Al Suvaidi açıqlayıb.

Bildirilib ki, Türkiyə-BƏƏ münasibətlərində yeni dövr başlayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Beştəpədə qəbul edib.

Bu mühüm səfər kritik sahələrdə əldə olunan razılaşmalarla yekunlaşıb.

Türkiyəyə birbaşa investisiyaları artırılacaq. Ticarətdən enerjiyə, nəqliyyatdan səhiyyəyə qədər bir çox sahələrdə müqavilələr imzalanıb.