Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 175 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 27 592 nəfər COVID-19 infeksiyasına yoluxub, 28 285 nəfər isə sağalıb.