Vətən Müharibəsi Qazisi Elşad Əlirzayevin protezi sınıb.

"Unikal"ın məlumatına görə, hadisə küçədə baş verib. Qazimiz yolda gedərkən protezin qırıldığını bildirib.

Qeyd edək ki, E.Əlirzayev ötən ilin sentyabr ayının 27-də Vətən Müharibəsinə qoşulub. O, Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. E.Əlirzayev Şuşa şəhərinin Daşaltı kəndi uğrunda gedən döyüşlərdə ayağını itirib. Bir neçə ay hospitalda müalicə olunmuşdur. Qazimiz Cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü”, ”Füzulinin azad olmasına görə”, ”Xocavəndin azad olmasına görə”,”Şuşanın azad olmasına görə” və ”Hərbi xidmətdə fərqlənməyə görə”medalları ilə təltif olunub.

O, bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən protez ayaqla təmin olunub.

Murad İbrahimli