Uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktrisa Naz Elmasın yeni layihəsi bəlli olub.

"Unikal" xəbər verir ki, o, Türkiyədə ilk dəfə qadın bələdiyyə sədri seçilən Leyla Atakanın həyatını canlandıracaq.

Daha əvvəl pandemiya səbəbindən təxirə salınan filmin çəkilişlərinin yaxın zamanda başlayacağı bildirilib.

Naz yeni obrazı ilə bağlı verdiyi açıqlamada belə özəl və ilklərə imza atmış qadını canlandırmaq üçün həyacənalı olduğunu ifadə edib.