İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 4 850 nəfər yoluxub, 96 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 6 097 672 nəfərə, ölənlərin sayı isə 129 376 nəfərə çatıb. Virus daşıyıcılarından 3 368 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 830 653 nəfər koronavirusdan sağalıb, 38,2 milyondan çox diaqnoz testi həyata keçirilib.