Yeni Azərbaycan Partiyası (YAP) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, YAP BŞİH-nə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddiası İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - torpaq üzrə - Torpaq münasibətləri üzrə sair mübahisələrlə bağlıdır.

İşə hakim Nəriman Abdıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.

Murad İbrahimli