Bərdədə oynamaq üstündə dava düşüb.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun şadlıq saraylarından birində keçirilən toy mərasimində qeydə alınıb. Belə ki,  Türkman kənd sakinləri Elməddin Rəcəbovla  39 yaşlı Mənsur Ağayev arasında musiqi sifarişi zamanı mübahisə yaranıb. Nəticədə E. Rəcəbov əmisi oğlanları ilə birlikdə M. Ağayevi döyüblər. Ağır bədən xəsarətləri alan 39 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, kənd sakinini döyən E. Rəcəbov Türkman kənd bələdiyyəsinin sədri Firdövsi Rəcəbovun oğludur və o həmçinin "Azəriqaz" İstehsalat Birliyinin Bərdə Qaz İstismarı Sahəsinin əməkdaşıdır. 

Faktla bağlı araşdırma aparılır.

Həsən Adıgözəlov