"Nikol Paşinyanın xəyanətkar fəaliyyəti ucbatından biz özümüzü çirkabın içində tapdıq". 

"Unikal" xəbər verir  ki, bu  sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan jurnalistlərə açıqlamasında deyib. O, Paşinyanın hakimiyyətdə olduğu müddətdə günü-gündən Ermənistan itirə-itirə getdiyini  açıqlayıb. 

"Paşinyan Gorus-Qafanı  azərbaycanlılara verib. Bu Paşinyanın qeyri-peşəkarlığıdır". 

Bundan əlavə, Baqratyan  Nikolun baş nazir postundan getməli olduğunu və  yerinə bu  məsələlərdən anlayan birinin gəlməsinin vacibliyini vurğulayıb. 

“Mən özümü bu çətin vaxtı baş nazir  postuna namizədliyimi təklif edirəm. Bizim qarşımızda ölkəni xilas etmək vəzifəsi var, təəccüblənməyin ki, Paşinyanın hakimiyyətdə olduğu müddətdə sabah azərbaycanlılar İrəvana daxil olduğunu görəcəksiniz".

Gülayə Mecid