Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 201 nəfər ölüb.

"Unikal"  xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 24 002 nəfər COVID-19 infeksiyasına yoluxub, 25 341 nəfər isə sağalıb.