"Oyanış” partiyasının sədri, deputat  Ara Zöhrabyan baş nazir Nikol Paşinyanı  istefaya çağırıb. 

"Unikal" xəbər verir  ki, o,  bu  barədə  Azadlıq  meydanında çıxışı  zamanı deyib. 

"Ermənistanın bundan sonrakı mövcudluğuna Nikol Paşinyanın rəhbərliyi ilə nail olmaq mümkün deyil. Paşinyan erməni maraqlarının müdafiəsi məsələsini cəsarətlə irəli sürə bilməz və  buna görə mən onun və  Ermənistan prezidenti  Armen Sarkisyanın istefasını  tələb edirəm",  - deyə  Zöhrabyan bildirib.

O həmçinin,  Azadlıq hərəkatı partiyaları, təşkilatları bir olmağa çağırıb.