Xaçmaz rayonu ərazisində bədbəxt hadisə baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Yalama kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü kənd sakini Vilayət Həsənov üzərinə ağac düşməsi nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.