Goranboy rayonunda qadın dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Tap Qaraqoyunlu kəndində qeydə alınıb.

Qeyd olunub ki, 1989-cu il təvəllüdlü kənd sakini N.Əmrəhova yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.