Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində qeydə alınan hadisədə "Volkswagen-Passat" markalı avtomobil yolu keçmək istəyən Namiq Quliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.