Naməlum şəxslərin Konqonun şimal-şərqindəki İturi əyalətində yerləşən kəndə hücumu nəticəsində azı 12 nəfər ölüb.

"Unikal" xəbər verir ki, hücumda CODECO qrupunun silahlıları şübhəli bilinir.

"12 cəsəd noyabrın 28-də Cuqu ərazisindəki Drodro kəndi yaxınlığında tapılıb. Yerli vətəndaş cəmiyyəti qeyd edir ki, onlar bu səhər CODECO yaraqlılarının hücumundan sonra tapılıb", - “Okapi” radiosunun açıqlamasında deyilir.

Bildirilib ki, Konqonun silahlı qüvvələrinin mövqeləri və məcburi köçkünlərin yerləşdiyi yerlərə hücum edilib. Mənbələr qeyd edib ki, ölənlərin sayı 23-ə çata bilər.