Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) hələ ki, COVID-19 infeksiyasının Nu ştamının koronavirusun digər variantlarından daha yoluxucu olduğuna dair məlumat və sübutlar yoxdur.

"Unikal" xəbər verir ki, bu barədə qurumun Cenevrədəki mənzil-qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Omikronun AY.4.2 delta növü də daxil olmaqla digər variantlarla müqayisədə daha yoluxucu (yəni insandan insana daha asan ötürülməsi - Red) olub-olmadığı hələ aydın deyil. Eyni zamanda ÜST tərəfindən Cənubi Afrikada yoluxma sayının artmasının Omicronla bağlı olub-olmamsı istiqamətində epidemioloji tədqiqatlar davam etdiriləcək.

Xatırladaq ki, Cənubi Afrika Respublikası və Botsvanada yeni növ koronavirusun çoxlu sayda mutasiyaya uğramış “B.1.1.529” adlı yeni variantı aşkar edilib. “Super variant” olaraq xarakterizə edilən növün 32 mutasiyaya sahib olduğu bildirilir.