"Bir çox ölkələrdə böyük şəhər bələdiyyələri mövcuddur. Zaman-zaman cəmiyyətdə bu cür təkliflər irəli sürülür". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, hazırda böyük şəhər bələdiyyələrinin yaradılması gündəmdə deyil. Deputat bildirib ki, gələcəkdə bu məsələyə baxıla bilər:

"Bunun üçün də müəyyən hazırlıq işləri görülməlidir. Çünki ölkəmizdə böyük şəhər bələdiyyələri institutu mövcud deyil. Təbii ki, bu yüksək səviyyədə qəbul olunan qərar ola bilər. Bu da qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsini nəzərdə tutur".

Anar Kəlbiyev